Siyəzən rayon Mərkəzi kitabxanası

Siyəzən rayon MKS
Tədbirlər
27 Dekabr , 2016

                                                             Narkomaniyaya - yox deyək”.

27 dekabr 2016-ci il tarixdə, yeniyetmələrin arasında zərərli vərdişlərin qarşısının alınması mövzusunda profilaktik və maarifləndirmə məqsədilə Siyəzən rayon Mərkəzi Kitabxanasında “Narkomaniyaya - yox deyək” mövzusunda  dəyirmi masa keçirildi.Dəyirmi masanı giriş sğzü ilə Mərkəzi kitabxananın  direktoru Ş.Arzudovum acdı və qeyd etdi ki, Narkomaniyaya əsrin bəlasına cevrilmiş ən dəhşətli xəstəliklərdən də agır bir bəladır.Ötən yüzilliyin bəlalarından sayılan narkomaniya    təəssüflər olsun ki, 21-ci əsrin də ardıcıl qlobal problemləri sırasında qalmaqdadır. BMT-nin hesablamalarına görə bu gün dünyada təqribən 250 milyona yaxın insan narkotiklərdən bu və ya digər formada əziyyət çəkir.Mövzu ətrafında  onu da  qeyd etmişdir ki narkomanlıq 15-64 yaş üzrə dünya əhalisinin təqribən 5 faizini təşkil edir. Həyəcan doğuran bu rəqəm problemin getdikcə daha kəskin şəkil almasına dəlalət ediir,və sonda onu qeyd edilmişdir ki,bu dəhşətli bəla,yaşadıgımız Siyəzən rayonunun sakinlərindən yan kecməmişdir Belə ki bir sıra cavanlarımız bu dəhşətli bəladan əziyyət cəkirlər. O da qeyd edilmişdir ki, 2007-ci ilin 28 iyununda  Prezident  tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə 2007-2012-ci illər üçün Proqram” təsdiq edilib. 

Foto Qalereya