Siyəzən rayon Mərkəzi kitabxanası

Siyəzən rayon MKS
Xəbərlər
26 May , 2016

“Multikultural dəyərlər və Azərbaycançılıq” mövzusunda Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının zona müşavirəsi keçirilmişdir

2016-05-26

Bu gün Siyəzən rayonunda  “Multikultural dəyərlər və Azərbaycançılıq” mövzusunda Yeni Azərbaycan Partiyası  Qadınlar Şurasının zona müşavirəsi keçirilmişdir.

Təddbirdə  Yeni Azərbaycan Partiyası Siyasi Şurasının   üzvü, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının  sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının İdarə Heyətinin üzvü Zərifə Quliyeva, Yeni Azərbaycan Partiyası Suraxanı rayon Qadınlar Şurasının sədri , YAP İcra katibinin əməkdaşı Zəkiyyə Musayeva və zona üzrə Qadınlar şuralarının sədr və üzvləri iştirak edirdi.

  Tədbiri giriş sözü ilə YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov açaraq qeyd etdi ki, Multikulturalizm Azərbaycanda əsrlərdən bəri formalaşan, eyni zamanda ictimai-bədii, psixoloji-mənəvi müstəvidən kənara çıxmayan dəyərlər toplusu kimi, xüsusilə sovet ideologiyasının hökmranlıq etdiyi illərdə kifayət qədər sistemsiz və spontan mahiyyətə malik idi. Ulu Öndər Heydər Əliyev öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşmış çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə  yeni mərhələyə qaldırdı, multikulturalizminin siyasi banisi oldu.

    

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının  sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı öz çıxışında bildirdi ki, Azərbaycan əsrlər boyu özünün Multikulturalizm ənənələri ilə region və dünya ölkələrinə nümunə olub. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda multikulturalizm ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi fəaliyyət indi Prezident İlham Əliyev tərəfindən böyük inamla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi ilə bağlı imzaladığı sərəncam bir daha göstərir ki, Azərbaycan bugün dünyanın dini və irqi çaxnaşmalar, müharibələrlə çalxalandığı bir dövrdə bərabər hüquqlarla birgə yaşam diyarına çevrilə bilib.

Daha sonra   YAP Qadınlar Şurasının zona üzrə sədrləri Ramilə Seyidova, Minə Quliyeva, Könül Məmmədova, Kəmalə Qılıcova, Jalə Hüseynova, Sevinc Sədullayeva çıxış etdilər. Onlar da öz çıxışlarında qeyd etdilər ki, Azərbaycan milli və dini baxımdan həmişə tolerant bir ölkə olmuşdur. Tarixən dinlərin və mədəniyyətlərin qovşağı olmuş ölkəmiz bu gün də öz missiyasını uğurla yerinə yetirir. Azərbaycan ərazisində məskunlaşmış dini-etnik qruplar burada özlərini nəinki yad hesab etməmiş, hətta yerli əhali ilə qaynayıb-qarışmışlar.

  

  

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının İdarə Heyətinin üzvü Zərifə Quliyeva bildirdi ki, bu gün biz dünyanı hansısa elm sahəsində təəcübləndirə bilmərik, amma biz özümüzün yaşam tərzimiz, cəmiyyətimizdə olan əminamanlıq mühütü,  sülh və anlaşma tərzi ilə təəcübləndirə bilərik. Bu gün multikulturalizm mərkəzinin işi mədəni, dini, etnik, birlikləri təşviq etmək öyrənmək, tanımaqdan ibarətdir. 2016-cil il “Multikulturalizm ili” elan olunub və dövlət siyasətinin önəmli istiqamətlərindən birinə cevrilib. Artiq paytaxt Bakı qlobal əhəmiyyətli tədbirlərin keçirildiyi bir məkandır. Buna misal olaraq Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-ci ildə Bakı şəhərində keçirilməsi haqqında qərar qəbul etməsini və dunya ölkələrinin Azərbaycandakı multucultural muhitə musbət münasibətini göstərmək olar.

Tədbir mövzu ətrafında ümumi diskusiya şəklində davam etdi.