Siyəzən rayon Mərkəzi kitabxanası

Siyəzən rayon MKS
Dağlıq Qarabağ münaqişəsi
14 Oktyabr , 2015








Qarabağda talan edilib dağıdılmış kitabxanalar, Məhv edilmiş mənimsənilmiş mədəni –tarixi abidələr.

 


ŞUŞA  rayonu.

Rayon MKS- nin  tərkibində 32 kitabxana binası  mövcud olmuşdur.İşçilərinin sayı 103 nəfər,  kitabxana  fondunun ümumi həcmi  200 min nüxsə olmuşdur.İşğal nəticəsində  bu kitabxanalarda  və xüsusi evlərdə saxlanılan  qədim və unikal kitablar talan edilmiş və dağıdılmışdır.

                                       ŞUŞA rayonunun memarlıq və tarixi abidələr.

Şuşa şəhərinin ərazisi qədim abidələrlə zəngin idi. Ümumiyyətlə, şəhərdə 549 qədim bina, ümumi uzunluğu 1203 metr daş döşənmiş küçələr, 17 məhəllə bulağı, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarları mövcud idi. O cümlədən, 72 mühüm sənət və tarixi abidələri, dövlət xadimlərinin və başqa tanınmış şəxslərin evləri olmuşdur.Əldə olunan məlumata görə, Şuşada mövcud olmuş və Azərbaycana aid olan bütün tarixi, mədəni, memarlıq abidələri və müqəddəs dini inanc yerləri erməni silahlıları tərəfindən məhv edilmişdir.

                                                                    LAÇIN rayonu.

Rayonda 1 ,MKS -nin nəzdində115 kənd kitabxana filialı  mövcud idi. MKS -nin kitab fondu 843 min nüsxə, işçilərinin sayı 199 nəfər olmuşdur. Kitabxanada qədim tariximizi əks etdirən kitablar saxlanılırdı. Bu sənədlər  işğal zamanı mınimsənilmiş və talan edilmişdir

                                                                     Muzeylər:

Tarix-diyarşünaslıq muzeyi 5000 eksponat Laçın şəhəri.

Dövlət Rəsm Qalereyası 50 eksponat Laçın şəhəri.

Sarı Aşığın xatirə muzeyi 500 eksponat Güləbird kəndi.

Muzey 250 eksponat Mişni kəndi.

Laçın rayonunun ərazisində 300-ə yaxın tarixi, mədəniyyət və memarlır abidələri, onlarla kurqan, qala tipli arxeologiya baxımından faydalı olan abidələr, çoxlu sayda qəbirüstü abidələr, stellalar, at, qoç fiqurları, süjetli daşlar qorunub saxlanmışdır.Bu ərazidə olan abidələrin əksəriyyəti Qafqaz Albaniyası dövrünün yadigarlarıdır. Laçında olan Qafqaz Albaniyası dövrü abidələrinin bir çoxu bizim eranın xristianlıqdan əvvəlki dövrünə aiddir.Bu yerlərin mürəkkəb relyefi, sərt iqlimi bir çox çay keçidlərində, yolların keçilməz hissələrində körpülərin inşasına səbəb olmuşdur. Onlar əsasən bir tağlı və yaxud iki tağlı körpülərdir.

                                                                AĞDAM  rayonu.

Ağdam rayonunda  MKS-nin kitab fondu 970 min 996 nüxsə, işçilərinin sayı 170 nəfər olmuşdur.İşğaldan əvvəl rayonda 106 kənd kitabxana filialında 676 min nüxsə kitab, qəzet və jurnal saxlanılırdı.İşğal nəticəsində  bu sərvətlər talan edilərək məhv edilmişdir.

Ağdam rayonunun ərazisində qədim tarixə malik olan çoxlu memarlıq və incəsənt abidələri var. Ağdam şəhərində Üzərlik Təpə abidəsi, rayonun Xaçındərbənd kəndindəki Qutlu Sarı Musa oğlu günbəzi (1314-cü il), Kəngərli kəndindəki türbə və daş abidələr (XIV əsr), Papravənd kəndindəki türbələr, məscid (XVIII əsr), Xanoğlu türbəsi (XVII əsr), Qarabağ xanı Pənahəli xanın Ağdam şəhərindəki imarəti (XVIII əsr), Natəvan və onun oğlunun türbəsi (XIX əsr), Şahbulaq qalası və s. kimi tarixi və memarlıq abidələri var.

                                                                  KƏLBƏCƏR rayonu.

Kəlbəcər rayonu   MKS –nin kitab fondu 600 min nüxsə, işçilərinin sayı 175 nəfər olmuşdur.Rayon  MKS- nin nəzdində 119 kitabxana filiali və bu filiallarda  yüzllərlə qiymətli sənədlər mənimsəniləmiş və talan edilmişdir.

Kəlbəcər rayonundakı Qayaüstü təsvirləri ən çox "Sərçəli dağ", "Qurbağalı çay", "Gəlin qayası", "Soltan Heydər", "Ağ çay", "Ayı çınqılı", "Zalxa gölü", "Dəvəgözü dağı" adlanan yerlərdə idi.

Kəlbəcər Tarix-diyerşünaslıq muzeyi 3500-dən çox "Qayaüstü təsvirlərini" qeydə almış və onlardan bir çoxlarının foto şəkillərini çəkmişdir

Kəlbəcər ərazisindəki qədim Alban abidələri bunlardır:

Tər-tər, Tutquçay, Seyidlər dərələri boyuça yerləçən "Xudadəng", "Laçınqaya", "Lev", "Uluxan", "Qalaboynu", "Comərd". Bu abidələrin içərisində nisbətən salamat qalanı "Xudadəng" məbədidir.

                                                              FÜZULİ rayonu.

Füzuli rayon MKS nin kitab fondu 659 min nüsxə,işçilərinin sayı 171 nəfər olmuşdur.Rayonda 90 kitabxana, 20 mədəniyyət evi, 45 klub, 1 dövlət dram teatrı, 2 müzey dağıdılıb talan edilmişdir.

                                                               Tarixi memarlıq abidələri 

v Alı körpüsü (XIX əsr) – Saracıq kəndi 
v Kərəm körpüsü (XIX əsr) – Gorazlı kəndi 
v Sandığabənzər başdaşı (1624-1625-ci illər) – Əhmədallar kəndi 
v Şah Abbas karvansarası – Qarğabazar kəndi 
v Şah Abbas məscidi (1683-1684-cü illər) – Qarğabazar kəndi 
v XII əsrə məxsus qəbiristanlıq – Aşağı Veysəlli kəndi 
v Baba Yaqub daş məqbərəsi (1282-1284-cü illər) – Horadiz qəsəbəsi 
v Oğuz qəbri – İşıxlı kəndi
v Karvansara (XVII əsr) – Qarğabazar kəndi

                                              XOCALI  rayonu. 

Xocalı rayonunda işğaldan əvvəl MKS- nin nəzdində 69 kitabxana, 8 mədəniyyət evi, 60 klub, 3 musiqi məktəbi,  tarix diyarşunaslıq muzeyi, fəaliyyət göstərmişdir. Xocalı rayonu ərazisində xvııı əsrə aid  Əsgəran qalası qədim memarlıq abidələri son tunc və erkən dəmir dövrünəaid edilən  Xocalı abidələr kompleksi , 5 adda 11 nəhəng  torpaq kurqan, daş kurqanlar,siklop tiklilər (Qalaçalar),daş sənduqə qəbirlər,daş kitabələr, daş qutular və Alban kilsələri qeydə alınmışdır.

İşğal nəticəsində xalqın maddi-mənəvi sərvətləri talan edilib mənimsənilmişdir.

                                             Qubadlı rayonu.

Qubadlıda 111 mədəni-maarif müəssisəsi, o cümlədən 60 kitabxana, 10 mədəniyyət evi və 28 klub xalqa xidmət edirdi. 6 avtoklub fəaliyyət göstərirdi. 23 kino qurğusundan istifadə olunurdu. 125 ticarət , 96 iaşə obyekti qubadlılara mədəni xidmət göstərirdi. 25 məişət xidməti müəssisəsi tam gücü ilə işləyirdi.

4-cü əsrə aid "Gavur dərəsi"ndəki ibadətgah, 5-ci əsrin yadigarları "Qalalı" və "Göyqala" abidələri, 14-cü əsrdə tikilmiş "Dəmirçilər Türbəsi", Hacı Bədəl körpüsü, Laləzar körpüsü, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki digər tarixi abidələr də işğal zonasında qalmışdır.İşğal nəticəsində xalqın mədəni- mənəvi irsi talan edilərək mənimsənilmişdir.

                                                             Zəngilan rayonu.

Zəngilan rayonunda  MKS- nin 490 min kitab fondu, 1 uşaq, 1 gənclər, 1 şəhər, 1 qəsəbə  rayonun kəndlərində fəaliyyət göstərən 70 kitabxana filialı və fondlarında saxlanılan qiymətli  kitablar, sənədlər talan edilərək mənimsənilmişdir.

                                             Ağdərə rayonu.

Memarlıq abidələrindən Vəngli kəndindəki məşhur Gəncəsər alban məbədi, Xanabert qalası, Herabert qəsəbəsində Hermuk qalası, kilsə, Kolatağ kəndində müqəddəs İako məbədi (635-ci il) var idi. Talış kəndi yaxınlığında, Urek məbədi (XII əsr), Tərtər çayının yuxan axarında məbəd (XIII əsr), Qasapert kəndində Hatəm Məlik qalası, Madagiz kəndində Yegiş Arakel məbədi (XII əsr) və qədim körpülər dağıdılıb. (Oradakı Qafqaz alban dinastiyaları və katolikoslarının son istinadgahı olan məşhur Gəncəsar məbədinin əsası 1240-cı ildə Həsən Cəlal tərəfındən qoyulmuşdur. Sonuncu Gəncəsar alban məbədi 1837-ci ildən erməni katolikosluğuna tabe edilmişdir).

Ağdərə rayonunda  MKS –nin 400 minə yaxın fondu, 65 kitabxana filialı və onların kitab fondları talan edilərək mənimsənilmişdir.

                                            Xocavənd rayonu.

Rayonda 1,MKS –nin 81 kitabxana filialı olmuşdur.MKS-nin kitab fondu 463 min,  işçilərinin sayı181 nəfər olmuşdur.

Rayonun ərazisində72 mədəniyyət abidəsi,dünya əhəmiyyətli Azıx mağarası  qalalar  (ı-vııı əsrlər) Alban məbədi (xəsr) türbə(xıııəsr) və.s.

Rayonun Tuğ kəndinin 5 km-də V əsrə aid "Alban" kilsəsi", Tuğ kəndi ərazisində XII-XVII əsrlərə aid "Alban" kilsələri, I-V əsrlərə aid "Alban" qəbiristanlıqları, Salaketin kəndi ərazisində yerləşən "Dəmrov" ocağı, "Dağdağan" ocağı, Xocavənd kəndi ərazisində yerləşən "Cicim" ocağı, Qaradağlı kəndi ərazisində qədim "Alban" qəbiristanlığı, Bəhrəmli kəndi ərazisində yerləşən "Bəhmənli" piri, Muğanlı kəndində yerləşən "Seyid Rza" kumbəzi, Qaradağlı kəndi ərazisində "Yel" piri erməni  işğalçıları tərəfindən vəhşicəsinə dağıdılmışır.